ABŞ-da texnologiya nəhəngləri məlumat mərkəzləri üçün enerjini özləri istehsal edəcək

"Google", "Meta", "Amazon", "Microsoft" və digər texnologiya şirkətləri süni intellekt məlumat mərkəzləri üçün tələb olunan enerjini özləri təmin etməyi öhdəsinə götürüb.

49

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən dəyirmi masa toplantısında enerji və texnologiya sektorunun rəhbərləri ilə bir araya gəlib. Görüşdə ABŞ-ın Enerji naziri Kris Rayt, eləcə də “Google”, “Meta Platforms”, “Amazon”, “Microsoft”, “OpenAI”, “xAI” və “Oracle” şirkətlərinin nümayəndələri iştirak edib.

Tramp bildirib ki, “Faktura Ödəyicilərini Qoruma Öhdəliyi” çərçivəsində imzalanan sənəd milyonlarla amerikalının elektrik xərclərinin artmasının qarşısını almağa yönəlib. Onun sözlərinə görə, böyük texnologiya şirkətləri süni intellekt məlumat mərkəzləri üçün tələb olunan əlavə elektrik enerjisinin istehsal xərclərini tam şəkildə öz üzərinə götürməyi öhdəsinə götürüb.

Prezident qeyd edib ki, şirkətlər ehtiyac duyduqları enerjini ya özləri istehsal edəcək, ya da bu istehsalın maliyyəsini təmin edəcəklər. Bu məqsədlə yeni elektrik stansiyalarının tikilməsi və şəbəkə gücünün artırılması planlaşdırılır. Tramp vurğulayıb ki, şirkətlər enerjini birbaşa şəbəkədən götürmək əvəzinə, öz istehsal güclərini formalaşdıracaq və hətta artıq gücü aşağı qiymətlərlə ümumi şəbəkəyə sata biləcəklər.

Sənədə əsasən, şirkətlər həmçinin mövcud elektrik paylayıcı infrastrukturun təkmilləşdirilməsi və artan tələbatın qarşılanması üçün əlavə investisiyaların maliyyəsini təmin edəcək. Bundan başqa, yeni güc obyektlərinin xərclərinin ödənilməsi məqsədilə kommunal xidmət şirkətləri ilə ayrıca tarif mexanizmləri razılaşdırılacaq.

Öhdəliklər paketinə yerli icmalara investisiyalar, işçi qüvvəsinin inkişafı proqramları və məşğulluğun artırılması da daxildir. Eyni zamanda, şirkətlər zəruri hallarda yerli enerji şəbəkələrinə ehtiyat güc təqdim edərək sistemin dayanıqlığını gücləndirəcəklər.

Tramp çıxışından sonra “Faktura Ödəyicilərini Qoruma Öhdəliyi” sənədini imzalayıb.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026