ABŞ Süleymaninin qohumlarının yaşayış hüququnu ləğv etdi

ABŞ Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızının daimi yaşayış hüququnu ləğv edib. Hər iki şəxsin saxlanıldığı bildirilir. 

30

ABŞ İranla gərginliyin davam etdiyi dövrdə diqqətçəkən addım atıb. “Sözcü“-nün məlumatına görə, ABŞ Dövlət Departamenti 2020-ci ildə Vaşinqtonun əməliyyatı ilə öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızının daimi yaşayış hüququnu ləğv edib. Hər iki şəxsin daha sonra federal təhlükəsizlik orqanları tərəfindən saxlanıldığı bildirilir. 

Məqalədə qeyd olunur ki, Həmidə Süleymani Əfşar və qızı ABŞ dövlət katibi Marko Rubionun qərarından sonra İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin nəzarətinə verilib. Onların Los-Ancelesdə yaşadığı və sosial media paylaşımlarında İran rejiminə dəstək xarakterli məzmun yer aldığı üçün vəziyyətlərinin araşdırıldığı vurğulanır.

Nəşr yazır ki, ABŞ tərəfi bu addımı milli təhlükəsizlik siyasəti çərçivəsində əsaslandırır. “Green card” statusu ləğv edilən şəxslərin hazırda deportasiya daxil olmaqla mümkün hüquqi prosedurlarla üzləşdiyi, lakin rəsmi qurumların proses barədə əlavə təfərrüat paylaşmadığı bildirilir.

Hadisə ABŞ-İran münasibətlərinin yenidən sərt fazaya keçdiyi bir vaxta təsadüf edir. Məqalədə xatırladılır ki, Qasım Süleymani 2020-ci ildə Bağdad hava limanı yaxınlığında ABŞ zərbəsi nəticəsində öldürülmüşdü və həmin hadisə iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdırmışdı.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930