ABŞ donanmanın ən böyük və ən müasir “USS Gerald R. Ford” təyyarə gəmisini və onun dəstək qrupunu Orta Şərqə göndərir, bu barədə “Sözcü“ məlumat yayıb.
Bu hərbi manevr, İranla nüvə proqramı və regional gərginliklərlə bağlı artan təzyiqlər fonunda həyata keçirilir; gəmi bölgədə artıq mövcud olan “USS Abraham Lincoln” və ona məxsus döyüş qruplarına qoşulacaq. A
BŞ Prezidenti Donald Tramp İran rəhbərliyinə bir ay ərzində danışıqlarda razılaşma əldə etmək üçün müddət verdiyini bildirib və razılığa gəlinməməsi halında nəticələrin İran üçün “son dərəcə ağır” ola biləcəyini vurğulayıb.
“USS Gerald R. Ford” əvvəllər Karib dənizində, Venesuela ətrafı əməliyyatlarında iştirak edərək keçmiş prezident Nikolas Maduronın tutulmasına dəstək vermişdi; indi isə gəmi sərt geopolitik vəziyyətlə qarşılaşan Orta Şərqə yönəlir və bölgədə ABŞ hərbi mövqeyini gücləndirir. ABŞ və İran rəsmiləri bu hərəkətləri diplomatik danışıqlarla yanaşı müzakirə edirlər.