ABŞ jurnalisti Makronun onu qətlə yetirmə planını iddia etdi

ABŞ jurnalisti Kendis Ouen, fransız hökumətindən aldığı məlumatlara əsasən, Prezident Emmanuel Makronun onu qətlə yetirmək istədiyini bildirib. Ouen daha əvvəl Brijit Makronla bağlı iddialarını podkastında yaymışdı.

Makronun həyat yoldaşı Brijit Makronun kişi olduğu iddiası ilə bağlı paylaşım edən və sosial media platforması “X”-də post yazan ABŞ jurnalisti Kendis Ouen, özünə qarşı mümkün qətl planının olduğunu bildirib.

Ouenin iddiasına görə, Fransız hökumətindən bir əməkdaş onunla əlaqə saxlayaraq bildirib ki, Fransa Prezidenti Emmanuel Makron onun öldürülməsini planlaşdırıb və bunun üçün vəsait ayırıb. Jurnalist həmçinin qeyd edib ki, həmin əməkdaş öz vəzifəsini sübut edən materiallar təqdim edib.

Ouen əlavə edib ki, bu fakt ABŞ hökuməti tərəfindən də bilinir və hazırda o, “kimə etibar edə biləcəyindən əmin deyil”.

Qeyd edək ki, bundan əvvəl Emmanuel Makron və Brijit Makron Kendis Ouenə qarşı 22 maddəlik şərəf və ləyaqəti alçaltma iddiası qaldırmışdı. İddia Brijit Makronun bioloji baxımdan kişi ola biləcəyi barədə jurnalistin podkastında milyonlarla izləyici qarşısında irəli sürdüyü iddialara əsaslanır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.