ABŞ, İsrail və Livan çərçivə sazişi imzaladı

ABŞ, İsrail və Livan nümayəndələri Vaşinqtonda Yaxın Şərqdə gərginliyin azaldılması və gələcək sülh razılaşmasına yol açılması məqsədi daşıyan üçtərəfli çərçivə sazişi imzalayıblar.

11

ABŞ, İsrail və Livan nümayəndələri Vaşinqtonda Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş üçtərəfli çərçivə sazişi imzalayıblar.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, saziş İsrail və Livan arasında ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra elan olunub. Razılaşmanı ABŞ Dövlət katibi Marko Rubio açıqlayıb.

Associated Press” yazır ki, sənəd İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter, Livanın ABŞ-dakı səfiri Nada Hamadeh və ABŞ tərəfinin nümayəndəsi tərəfindən imzalanıb. Marko Rubio razılaşmanı İsrail və Livan arasında daha geniş sülh prosesinə doğru “ilk addım” kimi qiymətləndirib.

Mənbənin məlumatına görə, sazişin əsas məqsədləri Livanın suverenliyi və ərazi bütövlüyünün bərpası, hərbi əməliyyatların dayandırılması və İsrail ilə Livan arasında gələcəkdə daha dayanıqlı təhlükəsizlik mexanizminin formalaşdırılmasıdır. Sazişin detalları tam açıqlanmasa da, onun mərhələli icra mexanizminə əsaslandığı bildirilir.

Axios”un məlumatına görə, danışıqlar dörd gün davam edib və ABŞ administrasiyasının vasitəçiliyi ilə keçirilib. Nəşr yazır ki, saziş gələcək sülh razılaşmasına aparan diplomatik çərçivə kimi nəzərdə tutulur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti