ABŞ İranda “Ghost Murmur” texnologiyasından istifadə edib

"The New York Post" MKİ-nin İranda itkin düşmüş amerikalı ekipaj üzvünü tapmaq üçün “Ghost Murmur” adlı məxfi texnologiyadan istifadə etdiyini yazıb.

12

ABŞ-ın İranda vurulan hərbi təyyarəsinin ekipaj üzvünün xilas edilməsi əməliyyatı ilə bağlı yeni detal ortaya çıxıb; “The New York Post” yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi ilk dəfə “Ghost Murmur” adlı məxfi texnologiyanı tətbiq edərək itkin düşmüş amerikalı hərbçinin yerini müəyyənləşdirib. Nəşrin iddiasına görə, sistem insan ürəyinin elektromaqnit siqnalını uzaq məsafədən aşkar etməyə və süni intellekt vasitəsilə fon səs-küyündən ayırmağa qadirdir. Qəzet bunu texnologiyanın ilk real döyüş tətbiqi kimi təqdim edir. 

Bununla belə, bu detal hələlik müstəqil şəkildə təsdiqlənməyib.Reuters“Associated Press” amerikalı ekipaj üzvünün xilas edildiyini, MKİ-nin İran qüvvələrini çaşdırmaq üçün dezinformasiya kampaniyası apardığını və yüksək riskli əməliyyat nəticəsində ikinci aviatorun da çıxarıldığını təsdiqləyir. Ancaq hər iki agentliyin materiallarında “Ghost Murmur” adlı texnologiyanın adı çəkilmir.