“Wall Street Journal”-ın ABŞ hakimiyyəti daxilindəki mənbələrə istinadla yaydığı xəbərə görə, Donald Tramp administrasiyası İranla bağlı mümkün hərbi hərəkət planlarını ilkin mərhələdə müzakirə etməyə başlayıb və bu müzakirələr çərçivəsində lazım gəldiyi halda Tehrana qarşı zərbə endirilməsi ssenariləri üzərində fikir mübadiləsi aparılıb.
Nəşrə görə bu planlamalar hələ erkən mərhələdədir, hələ heç bir konkret qərar qəbul olunmayıb və ABŞ hərbi qüvvələrinin və ya avadanlıqlarının yerləşdirilməsi üçün heç bir addım atılmayıb. Lakin Tehranla bağlı müxtəlif strategiyalar ortaya qoyulub və bu müzakirələr normativ planlaşdırma prosesinin bir hissəsi kimi qiymətləndirilir.
Tramp adiministrasiyasından verilən xəbərə görə, çərşənbə axşamı, yəni 13 yanvar tarixində Tramp İrana qarşı mümkün addımlar barədə brifinq keçirəcək.
Bu məlumatlar İran daxilində geniş miqyaslı etirazlar və zorakı repressiyalara qarşı ABŞ prezidentinin sərt çıxışları ilə üst-üstə düşür və bu da Vaşinqtonun regionla bağlı siyasətinin ümumi mənzərəsini mürəkkəbləşdirir.