ABŞ İranda xilasetmə əməliyyatında öz təyyarələrini məhv edib

"Reuters" və "WSJ"-nin məlumatına görə, ABŞ İranda vurulan F-15E ekipajının xilas edilməsi zamanı azı bir, ehtimal ki iki xüsusi əməliyyat təyyarəsini düşmənin əlinə keçməməsi üçün özü məhv edib. Helikopterlə bağlı detallar isə hələ tam təsdiqlənməyib.

22

İran üzərində vurulan ABŞ F-15E qırıcısının ikinci ekipaj üzvünün xilas edilməsi əməliyyatı zamanı ABŞ qüvvələrinin öz texnikasının bir hissəsini qəsdən məhv etdiyi təsdiqlənib. “Reuters” yazır ki, xilas edilən silah sistemləri zabitinin dağlıq ərazidən İran daxilində dayanmış bir nəqliyyat təyyarəsinə aparılması zamanı ABŞ qüvvələri onlardan azı birini nasazlıq səbəbindən və düşmənin əlinə keçməməsi üçün məhv etməli olub. 

The Wall Street Journal isə daha irəli gedərək bildirir ki, əməliyyat zamanı iki MC-130J xüsusi əməliyyat təyyarəsi qəsdən partladılıb. Nəşrin məlumatına görə, həmin bortlar ya ilişib qalıb, ya da komprometasiya olunub və buna görə ABŞ onları yerindəcə məhv etmək qərarı verib.

Açıq mənbə hərbi analitikası isə yayılan fotolarda azı bir yanmış AH/MH-6 Little Bird görünə biləcəyini iddia edir. The War Zone bu barədə yazıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.