ABŞ-İran danışıqlarında heyət tərkibi: ABŞ təsdiqləndi, İran hələ yox

İslamabaddakı ABŞ-İran danışıqları üçün ABŞ nümayəndə heyətinin tərkibi artıq təsdiqlənib: Cey Di Vens, Stiv Uitkoff və Cared Kuşner. İran heyətində isə Qalibaf və Araqçinin iştirakı yazılsa da, Tehran bunu hələ tam rəsmiləşdirməyib. 

13

Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilən ABŞ-İran danışıqları ilə bağlı nümayəndə heyətlərinin tərkibinə dair yeni detallar yayılıb.

ABŞ tərəfi üzrə əsas heyət artıq bir neçə etibarlı mənbə tərəfindən təsdiqlənib: danışıqlara vitse-prezident Cey Di Vens rəhbərlik edəcək, heyətdə həmçinin prezidentin nümayəndələri Stiv UitkoffCared Kuşner yer alacaq. Bu məlumat Ağ Evin təsdiqi ilə “Axios”-da dərc olunub,

İran tərəfinə gəlincə, “Reuters” hələlik yalnız İran nümayəndə heyətinin cümə axşamı axşam saatlarında İslamabada gələcəyini yazır, amma rəsmi xəbərdə heyətin tam tərkibini sadalamır. “Associated Press” isə danışıqlarda İran tərəfinə parlament sədri Məhəmməd Baqir Qalibafın potensial olaraq rəhbərlik edə biləcəyini qeyd edir.

“Fox News” və bəzi digər media orqanlarında İran nümayəndə heyətində Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçinin yer alacağı yazılır. Ancaq “Anadolu Agentliyi”nin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, bu adlar gözlənilən heyət kimi göstərilir və Tehrandan hələ rəsmi təsdiq yoxdur.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930