ABŞ-ın yeni Karakas səfiri 7 ildən sonra Venesuelaya gəldi

ABŞ-ın Karakasdakı yeni səfiri Laura Doqu təxminən 7 il fasilədən sonra Venesuelaya səfər edib. Bu addım iki ölkə arasında 2019-cu ildə kəsilmiş diplomatik münasibətlərin bərpası kimi qiymətləndirilir.

58

ABŞ-ın yeni Karakas səfiri Laura Doqu təxminən 7 illik fasilədən sonra Venesuelaya gəlib. Bu səfər Vaşinqton və Karakas arasında 2019-cu ildə kəsilmiş diplomatik münasibətlərin yenidən bərpa olunması istiqamətində mühüm addım kimi dəyərləndirilir.

ABŞ-ın Karakasdakı səfirliyi “X” sosial media platformasında paylaşım edərək, səfir Doqunun Maiquetia Beynəlxalq Hava Limanına çatdığı anları yayımlayıb. Paylaşımda səfirin “Komandam və mən işləməyə hazırıq” sözlərinə yer verilib.

Venesuela xarici işlər naziri Yvan Hil isə “Telegram” hesabında yaydığı açıqlamada Laura Doqunun gəlişinin iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində və qarşılıqlı hörmət prinsipi əsasında diplomatiya və dialoq yolu ilə həll olunması baxımından önəmli olduğunu bildirib. Rəsmi Karakas bu addımın münasibətlərin normallaşmasına töhfə verəcəyini vurğulayır.

Laura Doqunun Venesuelaya səfəri ilə ABŞ və Venesuela arasında uzun müddətdir dayandırılmış diplomatik əlaqələrin yenidən qurulması və tərəflər arasında dialoqun canlandırılması hədəflənir. Bu prosesin regional və beynəlxalq münasibətlərə necə təsir göstərəcəyi isə diqqətlə izlənilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.