ABŞ Gizli Xidməti Floridada yerləşən Mar-a-Laqo iqamətgahının ərazisinə silahla qanunsuz daxil olduğu bildirilən şəxsin vurularaq zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ Gizli Xidmət sözçüsü Entoni Quqlielmi sosial media hesabında bildirib ki, hadisə yerli vaxtla gecə saat 01:30 radələrində baş verib. İlkin məlumata görə, 20-li yaşlarında olduğu ehtimal edilən şəxs kompleksin şimal qapısı yaxınlığında təhlükəsizlik perimetrini pozub.
Açıqlamada qeyd olunub ki, əlində ov tüfəngi və yanacaq bidonu olan şübhəliyə Gizli Xidmət əməkdaşları və Palm-Biç Şerif Ofisinin əməkdaşları tərəfindən atəş açılıb və o, hadisə yerində həyatını itirib. Şəxsin kimliyi ailəsinə məlumat verilənədək açıqlanmayacaq.
Bildirilir ki, insident zamanı iqamətgahda Donald Tramp tərəfindən qorunan heç bir şəxs olmayıb və təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.
Hadisə ilə bağlı Federal Təhqiqatlar Bürosu (FBI), ABŞ Gizli Xidməti və Palm-Biç Şerif Ofisi tərəfindən birgə istintaq başladılıb.