ABŞ Pentaqonu Yaxın Şərqdə hərbi mövcudluğu gücləndirmək üçün dəniz piyadalarını regiona göndərmək qərarı verib. “The Wall Street Journal” nəşrinin müdafiə idarəsindəki mənbələrinə istinadən verdiyi məlumata görə, bölgəyə 2500 hərbi qulluqçudan ibarət ekspedisiya bölməsi dislokasiya ediləcək.
Hərbi bölmə Kaliforniya ştatının Tventi-Nayn-Palms şəhərində yerləşən Dəniz Piyadalarının Hava və Quru Döyüş Mərkəzində (MCAGCC) formalaşdırılır. ABŞ müdafiə naziri Pit Heqset rəsmi olaraq bildirib ki, bu addım CENTCOM rəhbərliyindən daxil olan müraciət əsasında həyata keçirilir.
Dəniz piyadalarının əsas vəzifəsi strateji əhəmiyyətli dəniz yollarını qorumaq və gəmiçilik azadlığını təmin etməkdir. Bu yollar dünya neft tədarükünün böyük hissəsindən keçir və ABŞ-ın bölgədəki hərbi mövcudluğu enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir.