ABŞ-dan İrana qarşı rekord mükafat elan edildi

ABŞ Dövlət Departamenti İranın ali lideri Möctəba Xamenei və yüksək vəzifəli SEPAH məmurları barədə məlumat verən şəxslərə 10 milyon ABŞ dollarına qədər mükafat təklif edir.

31

ABŞ Dövlət Departamenti yeni İranın ali lideri Möctəba Xamenei və İslam Respublikasının yüksək vəzifəli məmurları barədə məlumat verən şəxslərə 10 milyon ABŞ dollarına qədər mükafat təklif edib.

Bu mükafat “Ədalətə Yardım üçün Mükafatlar” (Rewards for Justice) proqramı çərçivəsində verilir və İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və ona bağlı strukturlarla əlaqəli şəxslərə dair məlumatları əhatə edir.

Mükafat siyahısına daxil olan şəxslər:

  • Əli Laricanı, İran Milli Təhlükəsizlik Şurasının katibi
  • Əli Əsgər Həcazi, ali lider administrasiyasının təhlükəsizlik üzrə müavini
  • Yəhya Rəhim Səfavi, hərbi müşavir
  • Eskəndər Moməni, daxili işlər naziri
  • İsmayıl Xatib, kəşfiyyat naziri

Ətraflı məlumat və rəsmi sənədlər ABŞ Dövlət Departamentinin saytında mövcuddur/