ABŞ beynəlxalq sularda iki neft tankerini ələ keçirdiyini açıqladı

ABŞ Beynəlxalq sularda “Bella I” və “Sophia” adlı iki neft tankerinin ələ keçirildiyini açıqlayıb. Nazir Kristi Noem əməliyyatların ablukaya qarşı icra olunduğunu bildirib.

346

ABŞ beynəlxalq sularda iki ayrı neft tankerinə əl qoyduğunu açıqlayıb. Bu barədə ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem məlumat verib. 

Noemin açıqlamasına görə, Atlantik okeanının şimalında və Karib dənizi yaxınlığında iki “xəyalət donanma” neft tankerinə qarşı səliqəli şəkildə planlaşdırılmış ardıcıl əməliyyatlar həyata keçirilib.

Açıqlamada bildirilib ki, ələ keçirilən tankerlər “Motor Tanker Bella I” və “Motor Tanker Sophia” adlanır. Noem deyib ki, bu gəmidəki ekipaj bayrağı və gəminin adını dəyişdirməyə çaışmış, uzun müddət ABŞ mühasirəsindən yayınmağa çalışıb. Hər iki tanker ya Venesuela limanlarından çıxıb, ya da həmin istiqamətə gedirmiş.

Nazir əlavə edib ki, Sahil Mühafizəsinin keçirdiyi əməliyyatlar zamanı heç bir qarşıdurma baş verməyib və ABŞ təhlükəsizlik qüvvələri hər iki gəmiyə nəzarəti təmin edib. Əməliyyatlar “Cnub Mizrağı” adlı missiyanın bir hissəsi kimi həyata keçirilib.

Bu hərəkət ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaların icrası və neft ixracının nəzarətdə saxlanması siyasətinin davamı kimi qiymətləndirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.