Kuba Prezidenti Trampa cavab verdi: “Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz”

Kuba Prezidenti Migel Dias‑Kanel ABŞ Prezidenti Donald Trampın “çox gec olmadan razılaşma” çağırışına sərt cavab verərək ölkəsinin müstəqilliyini müdafiə etməyə hazır olduğunu və heç kimin ona nə edəcəyini diktə edə bilməyəcəyini bildirib.

64

Kuba Prezidenti Migel Dias‑Kanel ABŞ Prezidenti Donald Trampın Vaşinqtonla “çox gec olmadan razılaşma” çağırışına cavab verərək ölkəsinin tam müstəqil, azad və suveren olduğunu vurğulayıb və heç kimin Kubanın nə edəcəyini ona diktə edə bilməyəcəyini bildirib.

Diaa‑Kanel sosial media hesabında paylaşdığı mesajda Kubanın 66 ildir, ABŞ‑nin təzyiq və sanksiyaları ilə üzləşdiyini xatırladaraq bu təzyiqləri qəbuledilməz adlandırıb və adanın suveren siyasi modelini seçmək haqqını müdafiə edib. Həmçinin qeyd edib ki, Kuüba hər hansı bir müdaxiləyə qarşı “vətənini son damla qanına qədər” müdafiə etməyə hazırdır.

Bu açıqlama rəsmi Havana ilə Vaşinqton arasında gərginliyin artdığı bir zamanda verilmişdir. Tramp həmin çağırışında həmçinin Kubanın uzun illər boyu əsas neft təchizatçısı olan Venesuela ilə əlaqələrini nəzərə çarpdırmış və bu əlaqələrin dəyişdiyini, neft və maliyyə dəstəyinin kəsiləcəyini bildirmişdi ki, bu da regional geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirib və danışıqlar perspektivlərini gündəmə gətirib.