Üzdə tüklərin azaldılması üçün noxud maskası

Üzdə istənməyən tükləri azaltmaq üçün sadə və təbii üsul: noxud maskası. Hormonal səbəblərdən yaranan tükləri həftədə bir neçə dəfə tətbiq edilən bu maska ilə yumşaq şəkildə aradan qaldırın.

170
Üzdə istənməyən tüklər hər bir qadın üçün öz güvəni azaldan faktorlardır. Üzün (və ya bədənin digər yerlərinin) anormal tüklənməsinin bir çox səbəbləri ola bilər ki, bura hormonal pozuntular və s daxildir.
Üzdə tüklərin qarşısının alınması üçün bir neçə metod var (epilyasiya, iplə alma və s.) ki, onlardan biri də noxud maskasıdır. Bunu hər kəs asan şəkildə hazırlaya bilər.
Bunu hazırlamaq çox sadədir: Bir kasada noxud ununu sarıköklə qarışdırmaq, üzərinə yavaş-yavaş süd əlavə etmək lazımdır. Daha sonra bunu dodaq üzərinə, bığ yerinə və digər tük olan yerlərə sürtmək lazımdır. Bir qədər gözlədikdən sonra ilıq su ilə yumşaldıb, dəsmalla qurulamaq lazımdır. Bu maska həftədə bir neçə dəfə istifadə edilə bilər. Maskadan istifadə zamanı üzdə qızartı, qaşıntı kimi hallar müşahidə etsəz, tez bir zamanda üzü yumaq və qurulamaq lazımdır.
İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.