Prezident Azərbaycan diasporunun inkişafında xidmətləri olan şəxsləri təltif etdi

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafı və xalqlar arasında dostluğun möhkəmləndirilməsində xidmətləri olan bir qrup şəxsi fəxri diplom, orden və medallarla təltif edib.

78

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafında və xalqlar arasında dostluğun möhkəmləndirilməsində xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı şəxslər dövlət təltiflərinə layiq görülüblər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə:

  • Novruzov Cahangir Mütəllib oğlu

“Şöhrət” ordeni ilə:

  • Aşina Məsud Rüstəm oğlu

“Dostluq” ordeni ilə:

  • Acar Ziya Zakir Musa oğlu

“Tərəqqi” medalı ilə:

  • Alaferdov Akif Qədir oğlu

  • Kələntər Xəlil Əliməmməd oğlu

  • Kərimova Sevinc Kərim qızı

  • Pənahova Fəridə Fərhad qızı

  • Siracov Bəxtiyar Tahir oğlu

  • Zeynalova Xədicə Əbdülrəhim qızı

Qeyd edək ki, təltif olunan şəxslər müxtəlif ölkələrdə Azərbaycan diasporunun təşkilatlanması, milli maraqların beynəlxalq müstəvidə təbliği və xalqlar arasında dostluq münasibətlərinin inkişafı istiqamətində fəal fəaliyyət göstəriblər.