Zelenskinin Ofisinin yeni rəhbəri bu şəxs olacaq

Ukraynanın sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk Prezident Volodimir Zelenskinin Ofisinin yeni rəhbəri təyin oluna bilər – Ukrayna KİV-ləri.

173

Ukraynanın sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk Prezident Volodimir Zelenskinin Ofisinin (OP) yeni rəhbəri təyin oluna bilər. Bu barədə dekabrın 30-da Ukraynanın nüfuzlu nəşri “Zerkalo Nedeli” Prezident Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda Ofisin rəhbəri postuna əsas namizəd kimi məhz Vladislav Vlasyuk nəzərdən keçirilir. Xəbər nəşrin “Telegram” kanalında da təsdiqlənib.

KİV-in yazdığına görə, Vlasyukun Prezident Ofisində peyda olması keçmiş ofis rəhbəri Andrey Yermakın müşavirinin təşəbbüsü ilə baş tutub. Onları uzun illərə dayanan tələbəlik münasibətləri birləşdirib. Sonradan Vlasyuk Yermakla səmərəli işgüzar əməkdaşlıq qurub və bu münasibətlər qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlığa çevrilib.

Bundan əvvəl “RBK-Ukrayna” nəşri də Prezident Zelenskinin Andrey Yermakın yerinə Ofis rəhbəri postu üçün namizəd seçdiyini yazmışdı. Eyni zamanda, Zelenski vilayət hərbi administrasiyalarının (VHA) rəhbərləri ilə bağlı da kadr dəyişiklikləri aparmaq niyyətində olduğunu bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.