Monteneqroda azərbaycanlı gənc yol qəzasında həlak olub

Monteneqroda baş verən yol-nəqliyyat hadisəsində 26 yaşlı Azərbaycan vətəndaşı Tarıverdi Nağıyev həyatını itirib. Qəza Sliepats şəhəri yaxınlığında baş verib.

121

Monteneqroda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı 26 yaşlı Azərbaycan vətəndaşı Tarıverdi Nağıyev dünyasını dəyişib.

MSNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Sliepats şəhəri yaxınlığında qeydə alınıb. İlkin məlumata əsasən, Tarıverdi Nağıyevin idarə etdiyi “Audi A6” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər gənc sürücünü avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Tarıverdi Nağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Monteneqro hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.