Dünyanın ilk mağara kilsəsi — “Xristian” termini ilk dəfə burada işlədilib

Antakyadakı St. Pierre Mağara Kilsəsi dünyanın ən qədim mağara ibadətgahlarından sayılır və “Xristian” adı ilk dəfə burada cəmiyyət içində işlədilmişdir. Bu məkanın  tarixi və mədəni əhəmiyyəti böyükdür.

104

Arxeoloji və tarixi mənbələrə görə, dünyanın ən qədim mağara kilsələrindən biri, eyni zamanda “Xristian” sözünün ilk dəfə cəmiyyət içində işlədildiyi yer hesab edilən St. Pierre (Müqəddəs Pyotr) Mağara Kilsəsi Türkiyənin Hatay vilayətində Antakya ərazisində yerləşir.

St. Pierre Kilsəsi, dağın ətəyindəki bir mağaranın içində oyularaq ibadət yerinə çevrilmiş qədim bir tikilidir. İlk xristian icmalarının burada toplandığına inanılır və buranın təxminən I əsrdə istifadə olunmağa başlandığı düşünülür. Bu kilsənin əhəmiyyəti ondan ibarətdir ki, “Xristian” adı ilk dəfə cəmiyyətdə burada istifadə edilib. Qeyd edilir ki, Antioxiya şəhərində ilk dəfə İsa Məsihin ardıcıllarına “Xristiaan” adı verildiyi tarixi mənbələrdə yer alıb.

Bu mağara kilsəsi dağa oyularaq yaradılmışdır və təxminən 13 metr dərinlikdə, 9,5 metr enində və 7 metr hündürlükdədir. Sonrakı dövrlərdə (xüsusilə, xaçlıların dövründə) qabaq fasad əlavə olunub və daha geniş ibadət məkanına çevrilib.

St. Pierre Kilsəsi tarix boyunca xristianlığın yayılmasında, ibadət ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Bu məkan daha sonra 1963-cü ildə Papa VI Pavel tərəfindən ziyarətgah yeri kimi tanınmışdır və UNESCO-nun Dünya İrsi üçün ehtimal olunan yerlər siyahısına daxil edilib.

Bugün bu kilsə həm tarixsevərlər, həm də xristian ziyarətçilər üçün önəmli turistik və dini bir məkandır.