Rəsmi Dəməşq ilə terror təşkilatı adlandırılan Suriya Demokratik Qüvvələri (SDQ) arasında 10 mart 2025-ci idə bağlanan inteqrasiya razılaşmasının davamı olaraq aparılan müzakirələrdə yenidən gərginlik yaranıb və razılaşma əldə olunmayıb.
Suriya İnformasiya Nazirliyinin açıqlamasına görə, SDQ tərəfi hökumət üçün “müzakirə edilə bilməyən və tətbiqi çətin tələblər” irəli sürdüyü üçün tərəflər arasında anlaşma əldə olunmayıb. Bu səbəbdən görüşlər müvəqqəti dayandırılıb və 28 dekabr 2025-ci ildə son qərar açıqlanacaq.
SDQ komandanı Mazlum Abdi görüşlərdən əvvəl bildirib ki, “rəylər arasında ortaq anlayış formalaşıb”. Hətta bəzi mənbələr tərəflərin 13 maddəlik bir plan üzərində razılığa gəldiyini bildirmişdi. Lakin digər dövlət mətbuatları bu iddiaları təkzib edərək yaxın zamanda anlaşma olmayacağını yazıblar.
Əlavə mənbələr isə tərəflər arasında inteqrasiya prosesinin davam etdiyi və SDQ-nin Suriya ordusuna qoşulması məsələsinin hələ də müzakirə mövzusu olduğunu göstərir — bəzi xəbərlərdə bu razılaşmanın 27–30 dekabrda rəsmi imzalanacağı iddia edilir.
2025-ci ilin martında imzalanan sənədə əsasən, SDQ-nin Suriya ordusu və dövlət strukturlarına vaxtında və tam şəkildə inteqrasiya olunması planlaşdırılırdı. Bu, uzunmüddətli daxili nizamlama və barış proseslərinin bir hissəsi kimi qəbul olunurdu.