Sabiq DTX rəhbəri saxlanıldı

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili prokurorluqda saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

238

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili saxlanılıb. O, bu ilin aprel ayınadək quruma rəhbərlik edib.

Məlumata görə, Liluaşvili bu gün səhər prokurorluğa çağırış vərəqəsi əsasında dindirməyə gəlib və elə oradaca saxlanılıb. Jurnalistlərin mümkün həbslə bağlı sualına cavab verən Liluaşvili “Hər şey Allahın iradəsidir” deyib.

Onun həbsi gözlənilən idi. Daha əvvəl Liluaşvilinin yaxın ətrafına daxil olan bir neçə şəxsin saxlanılması bu ehtimalları gücləndirmişdi.

Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib ki, Liluaşvili bir neçə cinayət işi üzrə rüşvət almaqda ittiham olunur.

Sabiq DTX rəhbərinə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi — “Əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alma” maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə onu 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.