Üç ölkə Türkiyəyə qarşı təcili hərbi anlaşma imzaladı 

Yunanıstan, Cənubi Kipr və İsrail Türkiyəyə qarşı 2026-cı ili əhatə edən hərbi əməkdaşlıq proqramı imzalayıb. Anlaşma müdafiə sistemləri və birgə təlimləri əhatə edir.

115

Yunanıstan mediasının yaydığı məlumata görə, Yunanıstan, Cənubi Kipr və İsrail Türkiyəyə qarşı hərbi və strateji əməkdaşlığı gücləndirmək məqsədilə 2026-cı ili əhatə edən təcili hərbi əməkdaşlıq proqramını imzalayıblar. Anlaşma bölgədə artan təhlükəsizlik riskləri fonunda üç ölkə arasında koordinasiyanı dərinləşdirməyi hədəfləyir.

Məlumata əsasən, sənəd pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri, elektron müharibə texnologiyaları, hava və raketdən müdafiə imkanları, eləcə də, birgə hərbi təlimlərin genişləndirilməsini nəzərdə tutur. Razılaşma çərçivəsində üç ölkənin hərbi strukturları arasında məlumat mübadiləsi və operativ uyğunlaşma mexanizmləri də gücləndiriləcək.

Anlaşma Cənubi Lefkoşada keçirilən görüş zamanı təsdiqlənib. Görüşdə Yunanıstan və İsrail arasında ayrıca Afina–Tel-Əviv müdafiə əməkdaşlığı proqramı da imzalanıb. Məqsəd, Meriç çayından başlayaraq Şərqi Aralıq dənizi və Orta Şərqə qədər uzanan geniş coğrafiyada erkən xəbərdarlıq və əməliyyat üstünlüyü əldə etməkdir.

Proqram çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin Yunanıstanda keçirilən beynəlxalq “İniochos” hava təlimlərində iştirakı planlaşdırılır. Eyni zamanda, Yunanıstanın İsrailin ev sahibliyi etdiyi “Noble Dina 2026” hərbi-dəniz təlimlərinə freqatlar, sualtı qayıqlar və müasir döyüş təyyarələri ilə qatılması nəzərdə tutulur.

Yunan və İsrail mediası bu razılaşmanı Türkiyəyə yönəlmiş siyasi və hərbi mesaj kimi qiymətləndirir və bölgədə yeni təhlükəsizlik balansının formalaşdığını bildirir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.