Papa XIV Leo Milad münasibətilə 24 saatlıq atəşkəs çağırışı etdi

Papa XIV Leo Milad bayramı ilə əlaqədar Rusiya–Ukrayna müharibəsi də daxil olmaqla, dünyada bütün münaqişələrdə 24 saatlıq atəşkəsə riayət olunmasına çağırıb.

198

Vatikanın dövlət başçısı Papa XIV Leo Milad bayramı münasibətilə Rusiya–Ukrayna müharibəsi başda olmaqla, dünyada bütün silahlı münaqişələrdə 24 saatlıq atəşkəsə əməl olunması çağırışı edib.

Papa Roma yaxınlığındakı Kastel Qandolfo qəsəbəsindəki iqamətgahından Vatikan istiqamətində yola düşərkən onu gözləyən jurnalistlərin suallarını cavablandırıb. Xristian dünyasının İsa Məsihin doğumunu qeyd etdiyi Milad bayramı ərəfəsində xüsusi çağırışı olub-olmaması ilə bağlı suala cavab verən Papa XIV Leo bildirib:

“Doğrudan da, məni ən çox kədərləndirən məqamlardan biri Rusiyanın Milad atəşkəsini rədd etməsidir. Bir daha bütün xoş niyyətli insanlara müraciət edirəm: heç olmasa İsa Məsihin doğumunun qeyd olunduğu bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəsə hörmət edilsin.”

Yaxın Şərqdə, xüsusilə, Qəzzadakı vəziyyətlə bağlı sualı cavablandıran Papa, Qüdsün Latın Patriarxı kardinal Pierbattista Pizzaballanın son günlərdə Qəzzaya səfər etdiyini xatırladıb. O, həmçinin bir qədər əvvəl Qəzza şəhərində yerləşən Müqəddəs Ailə Kilsəsinin keşişi Qabriel Romanelli ilə telefon danışığı apardığını qeyd edib.

Papa Qəzzada oktyabr ayında qüvvəyə minmiş atəşkəs və sülh planına diqqət çəkərək deyib: “Onlar hələ də son dərəcə kövrək bir vəziyyətin içində bayramı qeyd etməyə çalışırlar. Ümid edirik ki, sülh razılaşması irəliləyiş əldə edəcək.”

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.