Türkiyə nümayəndə heyəti Suriya Prezidenti əş-Şaara ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər və MİT rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaara ilə görüşərək iki ölkə arasındakı əməkdaşlığı müzakirə ediblər.

62

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər və MİT rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaara və yüksək vəzifəli suriyalı rəsmilərlə görüşüblər.

Anadolu Agentliyinin Xarici İşlər Nazirliyinə yaxın mənbələrindən əldə etdiyi məlumata görə, türk nümayəndə heyətini Dəməşq Beynəlxalq Hava Limanında Suriya xarici işlər naziri Esad Həsən Şeybani, müdafiə naziri Murhef Ebu Kasra və kəşfiyyat rəhbəri Hüseyn El Seleme qarşılayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında təhlükəsizlik və iqtisadi sahələrdəki əməkdaşlığı, ikitərəfli və regional layihələri müzakirə ediblər. Qeyd olunur ki, Əsəd rejiminin devrilməsindən sonra Türkiyə-Suriya münasibətlərində bir illik dövrdə mühüm irəliləyişlər əldə olunub, yeni əməkdaşlıq imkanları yaranıb.

Türkiyə, eyni zamanda, təxminən 15 il davam edən Suriya münaqişəsinin yaralarının sağalmasına dəstək verir və iki ölkənin maraqlarına uyğun olaraq Suriyanın sabitliyi və təhlükəsizliyinə xidmət edəcək yeni əməkdaşlıq imkanlarını dəyərləndirir.

Xarici işlər naziri Hakan Fidan bu çərçivədə 22 dekabr 2024-cü ildə Suriya səfər etmişdi. Sonrakı dövrdə isə iki ölkə arasında 3+3 formatında qarşılıqlı yüksək səviyyəli görüşlər həyata keçirilib.

Məlumatlara görə, Suriya xarici işlər naziri Şeybani, yanvarın 15-də Türkiyəyə səfər edib və o vaxt Fidan, Gülər və Kalın ilə görüşmüşdü. Daha sonra 13 mart tarixində Fidan, Gülər və Kalın Suriyaya işgüzar səfərdə olublar. 12 oktyabr tarixində isə Ankara şəhərində Türkiyə-Suriya nümayəndələrinin iştirakı ilə təhlükəsizlik əməkdaşlığı və cari məsələlər üzrə görüş keçirilib.