Juninyo “Qarabağ”a gəlmədi – Yeni klubu bəllidir

“Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo Meksikanın “Pumas” klubuna transfer olunub. Futbolçu yayda “Flamenqo”ya keçsə də, komandada az şans qazanmışdı.

101

“Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo Meksikanın “Pumas” klubuna transfer edilib.

Bu barədə klub məlumat yayıb.

O, “Pumas”a Braziliyanın “Flamenqo” klubundan keçib.

Qeyd edək ki, Juninyo bu ilin yayında “Qarabağ”dan 5 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubuna transfer olunmuşdu.

Lakin o, bu komandanın heyətində demək olar ki, oynamaq şansı qazanmır. Məhz,  baş məşqçi Felipe Luisin ona şans verməməsi futbolçunun Ağdam klubuna qayıdacağı ilə bağlı xəbərləri gücləndirmişdi.