Suriya Prezidenti Əş-Şaara “X” hesabı açdı və dörd liderə təşəkkür etdi

Suriya Prezidenti Ahmed Əş-Şaara "X" sosial media hesabı açaraq Sezar sanksiyalarının ləğv edilməsinə dəstək verən Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Qətər və Səudiyyə rəhbərlərinə təşəkkür edib.

237

Suriya Prezidenti Ahmed Əş-Şaara “X” sosial media platformasında rəsmi hesab açaraq ilk paylaşımını edib və ölkəsinə tətbiq olunmuş Sezar sanksiyalarının ləğv edilməsində dəstək verən liderlərə təşəkkür edib.

ABŞ Konqresi 17 dekabr tarixində Suriya üzərinə tətbiq edilmiş sanksiyaların daimi şəkildə aradan qaldırılması qərarını qəbul etmiş, ardınca isə ABŞ Prezidenti Donald Tramp bu qərarı özündə sanksiyaların götürülməsini də əhatə edən 2026-cı il Milli Müdafiə Səlahiyyət Qanununu imzalamışdır.

Şaara, “X” platformasında yayımladığı ilk mesajda bu qərarı “məmnunluqverici” adlandıraraq, onun müharibədən ağır ziyan görmüş ölkədə investisiyaların artmasına yol açacağını bildirib.

Prezident Şaara Donald Trampla yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və Səudiyyə Ərəbistanı şahzadəsii Məhəmməd bin Salmana göstərdikləri dəstək üçün təşəkkürünü ifadə edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.