Hörmüz adasında qeyri-adi hadisə – QİYAMƏT ƏLAMƏTİDİRMİ?

Hörmüz adasında Qırmızı Plyaj yağış sonrası parlaq qırmızı rəng alıb. Bəzi izləyicilər bunu qiyamət alaməti kimi qiymətləndirib, lakin alimlər geoloji səbəbləri açıqlayıb.

179

İran son 50 ilin ən quraq payızını yaşayarkən, Hörmüz adasında qeyri-adi bir təbiət hadisəsi diqqət çəkib. Adanın məşhur “Qırmızı Plyajı” yağış sonrası qırmızı rəngə bürünüb və sosial mediada sürətlə yayılan görüntülər izləyiciləri heyran edib.

Bəzi istifadəçilər bu mənzərəni “qiyamət alaməti” ilə əlaqələndirərək “İncil”in “Vəhy” kitabındakı dənizlərin qan rənginə çevrilməsini xatırladıqlarını yazıblar. Digərləri isə bu görüntünü qədim Misirdə yeni bir dinin doğuşuna səbəb ola biləcək hadisəyə bənzədiblər.

Lakin alimlər bu görüntülərin təbii və geoloji səbəblərdən meydana gəldiyini açıqlayıb. Hörmüz adasının torpağı yüksək miqdarda dəmir oksidi ehtiva edir. Yağış suları torpaqla qarışdıqda, hematit mineralı suya keçərək dəniz və çayları parlaq qırmızı rəngə boyayır. Bu, bölgədə yaranan intensiv qırmızı tonların əsas səbəbi hesab olunur.

Beləliklə, qorxuducu görünsə də, qırmızı rəng təbii geoloji proseslərin nəticəsidir və hər hansı fövqəladə hadisə ilə əlaqəli deyil.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.