“Hraparak”: Avropa dəstəyi İrəvana hansı qiymətə başa gələ bilər?

"Hraparak" nəşri Paşinyanın Almaniyaya səfəri və Ermənistan-Almaniya strateji tərəfdaşlığı fonunda Avropa dəstəyinin mümkün geosiyasi riskləri barədə qeyd edir ki, bunun Ermənistan üçün müəyyən bədəli ola bilər..

76

“Hraparak” nəşrinə istinadla, Ermənistanın Baş naziri Nikol Paşinyanın 10 dekabr 2025-ci il tarixində Almaniyaya rəsmi səfəri və Ermənistan-Almaniya arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanması Avropada geniş rezonans doğurub. Hökumət və hökumət tərəfdarı dairələr bu səfəri tarixi addım kimi təqdim etsə də, vəziyyətin göründüyü qədər “səlis” olmadığı vurğulanır.

Nəşrin təhlilinə görə, Avropa mərkəzindən maliyyə vəsaiti və siyasi dəstək tələb edən rəsmi İrəvan, bunun geosiyasi qiymətini də bilməlidir. Almaniya Kansleri Fridrix Mers açıq şəkildə bildirib ki, Ermənistanın Avropa istiqamətli siyasəti bölgədə anti-Rusiya mövqeyi ilə əlaqələndirilir və Moskvanı hibrid metodlarla prosesə müdaxilə etməkdə ittiham edib.

“Hraparak” hesab edir ki, Paşinyan komandasının İƏT-dən çıxış niyyəti olmadığı halda, Avropa bazarına çıxış dərhal mümkün deyil. Bu baxımdan, Avropa dəstəyi Ermənistan üçün həm fürsət, həm də risk daşıyır. Nəşrin təhlili göstərir ki, Ermənistan Avropaya yaxınlaşaraq balansı pozarsa, ölkə Rusiya-Avropa qarşıdurmasının alətinə çevrilə və gələcəkdə ciddi geosiyasi nəticələrlə üzləşə bilər.