Nazirlər Kabinetindən yeni QƏRAR

Nazirlər Kabineti yanacaqdoldurma və qaz obyektlərinin quraşdırılması və istismarı üçün lisenziya blanklarının yeni formalarını təsdiqləyib. Baş nazir Əli Əsədov qərarı imzalayıb.

Nazirlər Kabineti yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı üçün lisenziya blanklarının yeni formalarını təsdiqləyib.

Yeni qərara əsasən, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya”, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya” və “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya” blankları rəsmi istifadəyə verilib.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərar, lisenziya blanklarının hazırlanması, bölgüsü, istifadəsi və uçotu ilə bağlı qaydaları tamamlayır və 2016-cı il 5 avqust tarixli müvafiq qərara əlavə kimi tətbiq olunur. Bu addım yanacaqdoldurma və qaz təchizatı obyektlərinin fəaliyyətinin qanunvericilik çərçivəsində şəffaf və nəzarətli həyata keçirilməsinə imkan yaradacaq.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.