İraqın Kərkük vilayətindən parlamentə seçilmiş və adı ölkənin devrilmiş lideri Səddam Hüseyn ilə eyni olan deputat adını dəyişmək məcburiyyətində qalıb.
Kərkükdən Əzim İttifaqından seçkilərdə qalib gələn Səddam Hüseyn əl-Nuaymi məsələ ilə bağlı yazılı açıqlama verib. O, adını rəsmi şəkildə “Məhəmməd Əli Hüseyn əl-Nuaymi” olaraq dəyişdirdiyini bildirib.
Deputat ad dəyişikliyinin səbəbi kimi Hz. Məhəmmədi örnək almaq və İmam Əli ilə iftixar etmək istədiyini qeyd edib.
Xatırladaq ki, Nuayminin adı İraqın sabiq prezidenti Səddam Hüseynlə tam eyni olduğu üçün sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu. Məhz bu müzakirələrdən sonra ad dəyişikliyi qərarı gündəmə gəlib.