Qusar rayonunun Yuxarı Ləgər kəndində ağır yol-nəqliyyat qəzası baş verib. Məlumata görə, polkovnik İlham Ramaldanovun ailə üzvləri qəza zamanı dünyasını dəyişib.
Hadisə nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova faciəli şəkildə həyatlarını itiriblər. Daha dörd ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatı polkovnik İlham Ramaldanovun qardaşı, tanınmış hərbi zabit, general Şair Ramaldanov təsdiqləyib. Faciə zamanı həlak olanların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn olunacaq.