Dünyanın ən günəşli şəhərləri açıqlandı

Dünyanın ən günəşli şəhəri açıqlandı. ABŞ-ın Yuma şəhəri ildə 167 gün günəş görərək siyahının zirvəsindədir. Digər günəşli şəhərlər Afrika və Cənubi Amerikadan da seçilib.

100

Dünyanın ən günəşli şəhərləri müəyyən edilib. İl boyunca ölçülən günəşlenmə saatlarına əsasən, siyahının zirvəsində ABŞ-ın Arizona ştatındakı Yuma şəhəri qərarlaşıb. Yuma ildə təxminən 4,015 saat günəş işığı alır ki, bu da təqribən 167 gün günəş deməkdir və şəhəri dünyanın ən günəşli yeri edir.

Siyahıda ilk sıralarda ABŞ-dan başqa, Afrika və Cənubi Amerikadan şəhərlər də yer alıb. Siyahıya görə, digər günəşli şəhərlər bunlardır: Sudanın paytaxtı Hartum (təxminən 3,845 saat), ABŞ-ın Texas ştatındakı El Paso (3,762 saat), Arizona ştatındakı Takson (3,806 saat), Nevada ştatının Las Vegas şəhəri (3,825 saat), Namibiyanın Kitmanşup şəhəri (3,870 saat), Arizona ştatının Feniks şəhəri (3,871 saat), Çilidə Kalama (3,926 saat), Misirdə Daxla Vahəsi (3,943 saat) və Qırmızı dəniz sahilindəki Marsa Alam (3,958 saat).

Araşdırmaya görə, ən günəşli şəhərlərin əksəriyyəti quru və isti iqlimə malikdir. Bu şəhərlər günəş işığından maksimum istifadə etməklə turizm, kənd təsərrüfatı və günəş enerjisi sahələrində üstünlük əldə edirlər.