Aşqabadda Pakistan Baş naziri 40 dəqiqə gözlədildi

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu zamanı Pakistan Baş naziri Şahbaz Şərifin Ərdoğan və Putin arasında baş tutan görüşə izinsiz qatıldığı iddia olunur. Şərifin 40 dəqiqə gözlədiyi bildirilir.

93

Türkmənistanın paytaxtı Aşqabadda 2025-ci ilin “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” və ölkənin əbədi neytrallıq statusunun 30 illiyi münasibətilə keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu” çərçivəsində maraqlı hadisə yaşanıb

Forumda iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusya Prezidenti Vladimir Putin, Türkmənistan Prezidenti Berdimuhamedov və Pakistan Baş naziri Şahbaz Şərif ilə görüşlər keçirib. Zirvə zamanı diqqət çəkən anlardan biri oturma tərzində özünü göstərib: Ərdoğan, Putin və Berdimuhamedov yan-yana eyni divanda oturarkən, Şərif ayrı təkli kresloda əyləşib.

Rus mətbuatının məlumatına görə, Pakistan Baş naziri Şərif Putin ilə görüş üçün 40 dəqiqə gözləyib, lakin görüş baş tutmayıb. Bu səbəbdən Şərifin Ərdoğan, Putin və Berdimuhamedov arasındakı görüşə izinsiz qatıldığı iddia edilir. Hadisə forum iştirakçıları arasında müzakirə mövzusu olub və Rus mediasında geniş işıqlandırılıb.

Forum çərçivəsində aparılan görüşlər zamanı regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik və sülh mövzuları müzakirə edilib.