Polşa–Belarus sərhədi: 130 nəfər saxlanılıb

Polşanın Podlyaşe bölgəsində Belarus–Polşa sərhədini qeyri-qanuni keçmək üçün qazılmış yeni tunel aşkarlanıb. 130 miqrant və onları daşımağa hazırlaşan iki sürücü saxlanılıb. Bu, il ərzində aşkar edilən dördüncü tuneldir.

77

Polşa–Belarus sərhədində, Podlyaşe bölgəsində sərhədi qanunsuz keçmək üçün qazılmış daha bir yeraltı keçid aşkarlanıb. Bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı əsasən Əfqanıstan, Pakistan, Hindistan, Nepal və Banqladeş vətəndaşlarından ibarət 130 miqrant saxlanılıb.

Həmçinin miqrantları Qərbi Avropaya daşımağa hazırlaşan iki sürücü də tutulub.

Bu, cari il ərzində bölgədə aşkarlanan dördüncü yeraltı tuneldir. Sərhəd Xidmətinin açıqlamasına görə, tətbiq edilən gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində sərhədi pozmağa cəhd edən qruplar dərhal aşkarlanaraq bloklanır.

Polşa rəsmiləri bildirirlər ki, sərhədə yönəlmiş təzyiqlər dayanmayıb — sadəcə olaraq “yeraltına keçib”.