Türk bloqer “Qarabağ” üçün yeni loqotip hazırladı

Türk bloqer Cem Kutlu “Qarabağ”ın yeni loqotipini təqdim etdi. Klub açıqladı ki, loqotipin dəyişdirilməsi və ya rebrendinq hazırda gündəmdə deyil.

209
Cem Kutlu

Türk bloqer Cem Kutlu sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun yeni loqotipi üçün öz dizaynını təqdim edib.

Onun işi qısa zamanda azarkeşlər arasında geniş müzakirəyə səbəb olub. Bəzi izləyicilər loqotipin yenilənməsini dəstəkləsə də, bir qrup istifadəçi mövcud dizaynın dəyişdirilməsinin əleyhinə reaksiya göstərib.

MSNews.az-ın məlumatına görə, “Qarabağ” klubuna loqotipin dəyişdirilməsi ilə bağlı çoxsaylı suallar daxil olub. Klubun rəsmi açıqlamasında bildirilib ki, hazırda loqotipin dəyişdirilməsi və ya brendin yenilənməsi məsələsi gündəmdə deyil:

“Son günlər klubumuzun loqotipi ilə bağlı müxtəlif təkliflər və müzakirələr səslənir. ‘Qarabağ’ FK olaraq bildiririk ki, bu mərhələdə hər hansı bir rebrendinq və ya loqotip dəyişikliyi nəzərdə tutulmur. İctimaiyyətin və mütəxəssislərin fikrinə hörmətlə yanaşsaq da, loqotipin dəyişdirilməsi planlaşdırılmır.”

Cem Kutlunun “Instagram”da paylaşdığı videonu sizə təqdim edirik.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.