İngiltərə mutasiya olunmuş virusun pəncəsində: Xəstəxanalar dolub-daşır

İngiltərədə mutasiya olunmuş H3N2 qrip virusu xəstəxanalara stasionar qəbulları rekord səviyyəyə çatdırıb. Ekspertlər yaşlılar və xroniki xəstəliyi olanlara evdə qalmağı və gigiyena qaydalarına riayət etməyi tövsiyə edir.

81

İngiltərə mutasiya olunmuş qrip virusu ilə mübarizə aparır. Son bir həftə ərzində xəstəxanalara stasionar qəbul 55% artıb və “super qrip” hallarının sayı rekord həddə çatıb. Xəstəxanaların dolması və xəstə sayının hələ də artması narahatlıq doğurur.

H3N2 alt növü olan bu virus mutasiyaya uğradığı üçün immunitet sistemi tərəfindən tanınmır və xəstəlik daha ağır keçir. Yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan insanlar xüsusilə risk altındadır.

NHS-in Milli Tibb Direktoru Prof. Meqana Pandit vəziyyəti “nadir görünən super qrip dalğası” adlandırıb və qarşıdakı həftələrin səhiyyə üçün çətin olacağını qeyd edib. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin qrip proqramı rəhbəri Dr. Suzanna MakDonald isə simptomları olanların evdə qalmasının vacibliyini vurğulayıb.

Ekspertlər qrip xəstələrinin digər insanlarla təmasını minimuma endirməyi, açıq havada qalmağı, pəncərələri açaraq havalandırmanı təmin etməyi, maska taxmağı və gigiyena qaydalarına əməl etməyi tövsiyə edirlər.