Yüksək sürətli qatar xətti: Ər-Riyaddan Dohaya cəmi iki saata

Səudiyyə Ərəbistanı və Qatar, Ər-Riyad və Doha arasında 785 km-lik yüksək sürətli elektrikli qatar xətti çəkir. Yol yalnız 2 saat çəkəcək, ildə 10 milyon sərnişinə xidmət edəcək və 30 min yeni iş yeri yaradacaq.

99

Səudiyyə Ərəbistanı və Qatar, Ər-Riyad və Doha arasında 785 km-lik yüksək sürətli elektrikli qatar xətti çəkri. Bu meqa-layihə, səyahət müddətini yalnız 2 saata endirəcək və Körfəz tarixində mühüm dönüş nöqtəsi hesab edilir.

Ər-Riyadda keçirilən imza mərasimində Qatar əmiri Şeyx Təmim bin Hamed Al Sani və Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Muhammed bin Salman iştirak edib. Anlaşma, Səudiyyə Ərəbistanı və Qatar nəqliyyat nazirləri tərəfindən imzalanıb. Rəsmi şəxslər layihəni iki ölkə arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcək strateji addım kimi qiymətləndiriblər.

Yeni qatar xətti Ər-Riyad və Dohanı Al-Hofuf və Dammam kimi mühüm şəhərlər vasitəsilə birləşdirəcək. 300 km/s-dən yüksək sürətə malik xətt, həmçinin Ər-Riyad Kral Salman Beynəlxalq Hava Limanı ilə Doha Hamad Beynəlxalq Hava Limanı arasında birbaşa əlaqəni təmin edəcək. Layihənin illik 10 milyon sərnişin tutumu olacaq.

Layihənin tamamlanması ilə Səudiyyə Ərəbistanı və Qatar iqtisadiyyatlarına 115 milyard rial əlavə dəyər qatılacağı və 30 min insan üçün yeni iş imkanları yaradılacağı gözlənilir. 2021-ci ildən bəri iki ölkə arasındakı ticarət həcmi 634% artaraq 2024-cü ildə 930,3 milyon dollara çatıb; yüksək sürətli qatar layihəsi bu artımı daha da sürətləndirəcək.