2026-cı il “Yüksəliş” müsabiqəsi üçün 1 milyon manat ayrıldı

Prezident 2026-cı il “Yüksəliş” müsabiqəsinin təşkili üçün Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılması barədə sərəncam imzalayıb və əvvəlki sərəncama dəyişiklik edib.

404

Azərbaycan Respublikasının Prezidenti “Yüksəliş” müsabiqəsi ilə bağlı yeni sərəncam imzalayıb.

Sərəncama görə, 2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin təşkili ilə əlaqədar görüləcək işlər üçün 2025-ci il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılır. Maliyyə Nazirliyinə ayrılan vəsaitin maliyyələşməsini təmin etmək tapşırılıb.

Sərəncamla yanaşı, 2019-cu il 26 iyul tarixli 1354 nömrəli sərəncama da dəyişiklik edilib. Müvafiq sənəddə “əmək və əhalinin sosial müdafiəsi” ifadəsi “maliyyə” sözü ilə, “Direktorlar Şurasının” ifadəsi isə “İdarə Heyətinin” sözləri ilə əvəz olunub. “Yüksəliş” müsabiqəsinin təşkilinə məsul Təşkilat Komitəsinə sərəncamdan irəli gələn məsələlərin icrası tapşırılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.