Fransada sağçı deputatlar fahişəxanaların yenidən açılması üçün qanun layihəsi təqdim etdi

Fransada Milli Birlik Partiyası deputatları fahişəxanaların yenidən qanuni statusa qovuşması üçün qanun layihəsi təqdim edib. Layihə seks işçilərinin təhlükəsizliyini artırmağı nəzərdə tutsa da, feminist təşkilatlar qadınların metalaşdırılacağı ilə bağlı etiraz edir.

337

Fransada sağçı Milli Birlik Partiyası (RN) deputatları fahişəxanaların yenidən qanuni statusa qovuşması üçün qanun layihəsi təqdim ediblər. Layihə Jan-Filipp Tangi tərəfindən irəli sürülüb və RN lideri Marin Le Pen tərəfindən dəstəklənir.

Təklifdə seks işçilərinin daha təhlükəsiz mühitdə fəaliyyət göstərməsi və iş şəraitlərinin dövlət nəzarəti altında olması nəzərdə tutulur. Layihə hazırlanarkən Belçika, Hollandiya və Almaniyadakı modellər nümunə kimi götürülüb.

Fransada “maisons closes” adı ilə tanınan və dövlət tərəfindən lisenziyalaşdırılmış fahişəxanalar 1946-cı ildə tamamilə bağlanmışdı. Tangi layihənin dəyişən sosial və iqtisadi şərtlərə uyğun olaraq sistemin modernləşdirilməsi məqsədini daşıdığını bildirib.

Layihə cəmiyyətdə müzakirələrə səbəb olub: bəziləri seks işçiləri üçün təhlükəsiz şərait yaradacağını müdafiə edir, feminist təşkilatlar isə qadınların bədəninin metalaşdırılmasını rəsmi şəkildə təsdiqləyəcəyini iddia edərək layihəyə qarşı çıxır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.