2025-ci il “Uşaq Avroviziyası”nın final mərhələsi 13 dekabrda Tbilisidə keçiriləcək. Müsabiqədə 18 ölkənin iştirakçıları mübarizə aparacaq. Azərbaycanı yarışmada gənc ifaçı Yağmur təmsil edəcək.
Onlayn səsvermə 12 dekabr saat 00:00-da başlayacaq və bütün dünya üzrə jesc.tv platformasında əlçatan olacaq.
Gürcüstan bu müsabiqədə rekordçu ölkələrdən biridir — indiyədək 4 dəfə qalibiyyət qazanıb. Qeyd edək ki, Gürcüstanı mahnı müsabiqəsində “Ranina” şousunun qalibi, gənc ifaçı Anita Abqaryan təmsil edəcək.
MS-News.az