Polşanın paytaxtı Varşavada məhkəmə belaruslu küçə rəssamı Maksimi tarixi binanın divarında çəkdiyi qrafitiyə görə iki il şərti həbs cəzasına məhkum edib. Qrafitidə İlon Maskın mübahisəli salam jestini xatırladan təsviri və “Make Poland great for Poles again!” şüarı yer alıb.
Sənətçi həm “tarixi abidəyə ziyan vurmaqda”, həm də “nəsizmin təbliği”ndə ittiham olunub. Maksim iddiaları rədd edərək bildirib ki, işi siyasi məqsəd daşımır və heç bir provokasiya niyyəti olmayıb. Onun sözlərinə görə, qrafiti yalnız şəxsi narahatlıqlarının və sosial düşüncələrinin bədii ifadəsi idi.
Məhkəmənin qərarı ilə rəssama şərti cəza müddətində analoji aksiyalar keçirmək qadağan edilib və əlavə olaraq 160 zlotı cərimə kəsilib.
Maksim Polşaya Belarus hakimiyyətinin təqiblərindən qaçaraq gəldiyini deyib.
Xatırladaq ki, İlon Maskın Donald Trampın inauqurasiyasında etdiyi salamlaşma jesti ictimaiyyətdə nasist salamına bənzədiyi üçün geniş müzakirələrə səbəb olmuş, lakin Mask bunun yanlış anlaşılma olduğunu açıqlamışdı.