Makronun həyat yoldaşı Brijit Makronun kişi olduğu iddiası ilə bağlı paylaşım edən və sosial media platforması “X”-də post yazan ABŞ jurnalisti Kendis Ouen, özünə qarşı mümkün qətl planının olduğunu bildirib.
Ouenin iddiasına görə, Fransız hökumətindən bir əməkdaş onunla əlaqə saxlayaraq bildirib ki, Fransa Prezidenti Emmanuel Makron onun öldürülməsini planlaşdırıb və bunun üçün vəsait ayırıb. Jurnalist həmçinin qeyd edib ki, həmin əməkdaş öz vəzifəsini sübut edən materiallar təqdim edib.
Ouen əlavə edib ki, bu fakt ABŞ hökuməti tərəfindən də bilinir və hazırda o, “kimə etibar edə biləcəyindən əmin deyil”.
Qeyd edək ki, bundan əvvəl Emmanuel Makron və Brijit Makron Kendis Ouenə qarşı 22 maddəlik şərəf və ləyaqəti alçaltma iddiası qaldırmışdı. İddia Brijit Makronun bioloji baxımdan kişi ola biləcəyi barədə jurnalistin podkastında milyonlarla izləyici qarşısında irəli sürdüyü iddialara əsaslanır.