Trampın sülh planına görə Ukrayna 2,300 km² ərazini güzəştə gedə bilər

ABŞ prezidenti Trampın sülh planı çərçivəsində Ukrayna 2,300 km² ərazini Rusiyaya verməli ola bilər; Donetsk və Luqansk bölgələrindəki güzəştlər və Moskvanın geri çəkilməsi planı.

213

ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planı çərçivəsində Ukraynanın 2,300 kvadrat kilometr ərazini Rusiyaya verməsi nəzərdə tutulur. AFR Agentliyinin məlumatına görə, bu sahə Lüksemburq ərazisi qədər böyükdür.

Sənədin digər hissəsində isə Donetsk bölgəsində bufer zona kimi formalaşdırılacaq təxminən 5,000 kvadrat kilometr ərazinin Ukrayna nəzarətindən çıxmasını tələb edir. Luqansk bölgəsində isə yalnız 45 km² ərazi Ukraynanın nəzarətində qalacaq. Əvəzində Moskva Xarkov (2,000 km²), Dnepropetrovsk (450 km²), Sumı (300 km²) və Çerniqov (20 km²) bölgələrindən geri çəkilməlidir.

“Reuters” agentliyi həmçinin plan çərçivəsində güzəştə gedilməsi nəzərdə tutulan əraziləri əks etdirən xəritəni yayımlayıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.