Rusiya Futbol İttifaqı (RFU) 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatına qatılmayan komandalar üçün ayrıca beynəlxalq turnir yaratmaq təşəbbüsü irəli sürüb. Bu barədə məlumatı “365Scores” yayıb.
Məlumata görə, RFU mundiala vəsiqə qazana bilməyən yığmaları Moskvada keçiriləcək xüsusi turnirdə bir araya gətirmək niyyətindədir. Layihəyə dəvət alacaq potensial komandalar arasında Serbiya, Yunanıstan, Çili, Peru, Venesuela, Nigeriya, Kamerun, Çin və ev sahibi Rusiya yığması göstərilir.
Ekspertlər hesab edir ki, bu təşəbbüsün əsas məqsədi, Rusiyaya qarşı tətbiq edilən futbol sanksiyalarını yumşaltmaq və ölkənin 2030-cu il dünya çempionatının seçmə mərhələsinə qayıdışına şərait yaratmaqdır.
Xatırladaq ki, Rusiya klubları və milli komandaları 2022-ci ildən etibarən siyasi səbəblərlə bağlı FIFA və UEFA yarışlarından uzaqlaşdırılıb.