Elm adamları dişlərin regenerasiyasını mümkün edən yeni texnologiya üzərində mühüm irəliləyiş əldə ediblər. Mikroiynəli xüsusi plastır vasitəsilə “Tideglusib” adlı preparatın birbaşa diş ətlərinə ötürülməsi, diş toxumalarının öz-özünə bərpasını stimullaşdırır.
Mütəxəssislərin sözlərinə görə, preparat diş kök hüceyrələrini aktivləşdirərək emalın yenidən formalaşmasına və zədələnmiş diş hissələrinin regenerasiyasına səbəb olur. Bu üsul diş dolğuları və digər invaziv stomatoloji müdaxilələri əvəz edə biləcək potensiala malikdir.
Plastırın istifadəsi son dərəcə sadədir: o, gün ərzində təxminən 20 dəqiqə müddətinə diş ətinə yapışdırılır. Heyvanlar üzərində aparılan testlər göstərib ki, bu üsul cərrahi müdaxilə olmadan zədələnmiş toxumaların bərpasını təmin edir.
İlkin məlumatlara görə, yeni müalicə metodunun 2026-cı ildən sonra kommersiya istifadəsinə verilməsi nəzərdə tutulur. Gözlənilən qiymət isə bir diş üçün təxminən 300 dollar olacaq.