Britaniya qaçqın statusunu müvəqqəti edir – 20 illik gözləmə müddəti gəlir

Böyük Britaniya qaçqın statusunu müvəqqəti edir və daimi yaşayış üçün gözləmə müddətini 20 ilə qaldırır. Yeni islahat paketi sığınacaq prosedurlarını sərtləşdirəcək və deportasiya mexanizmlərini gücləndirəcək.

100

Böyük Britaniya hökuməti ölkənin miqrasiya siyasətində son onilliklərin ən genişmiqyaslı dəyişikliklərinə hazırlaşır. “The Telegraph” yazır ki, daxili işlər naziri Şabana Mahmud yeni “radikal” qaydalar paketini bazar ertəsi təqdim edəcək.

Yeni islahatlara əsasən, qaçqın statusu artıq daimi yaşayışa aparan avtomatik yol, status müvəqqəti hesab ediləcək və hər 30 aydan bir yenilənəcək, daimi yaşayış hüququna sahib olmaq üçün gözləmə müddəti 20 ilə qədər artırılacaq, ailəni Britaniyaya gətirmək üçün maddi təminat və ingilis dili bilikləri tələb olunacaq, sığınacaq müraciətlərinə baxılma mexanizmi yenilənəcək, qanunsuz sərhəd keçidinə qarşı əlavə tədbirlər tətbiq ediləcək, qaçqınlara verilən dövlət müavinətləri ciddi şəkildə məhdudlaşdırılacaq. və müraciəti rədd edilən şəxslər üçün deportasiya prosedurları sərtləşdiriləcək.

Nazir Mahmud islahatların məqsədinin “sığınacaq sistemində nəzarəti və ədaləti bərpa etmək” olduğunu bildirib. Hökumət “golden ticket” adlandırdığı – beş ildən sonra avtomatik daimi yaşayış hüququ verən – keçmiş sistemin artıq “həddindən artıq səxavətli” olduğunu bildirir.

Yeni qaydalar hazırda Böyük Britaniyaya müxtəlif münaqişə zonalarından, xüsusən də, Yaxın Şərq və Afrikadan gələn minlərlə sığınacaq axtaran şəxs üçün ciddi dəyişikliklər və daha uzun inteqrasiya prosesləri anlamına gələcək.