Liviya Milli Ordusunun komandanı Türkiyəyə gəldi

Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Haftar Ankaraya səfəri çərçivəsində Türkiyənin rəsmi nümayəndə heyəti ilə görüşüb.

13

Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Haftar Ankaraya səfəri çərçivəsində Türkiyənin rəsmi nümayəndə heyəti ilə görüşüb.

MsNews.az xəbər verir ki, danışıqlarda Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak ediblər.

Liviya nümayəndə heyətinə isə Liviya Milli Ordusunun Baş Qərargah rəisi Xalid Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilqasim Haftar daxil olub.

Marşal Xəlifə Haftarın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30