Türkiyənin ən ali inzibati məhkəmə orqanı olan Danıştay İstanbulun sabiq bələdiyyə sədri Əkrəm İmamoğlunun ali təhsil haqqında diplomunun ləğv edilməsi barədə qərarı təsdiqləyib.
MsNews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məhkəmə instansiyası İmamoğlunun diplomun ləğvi işi üzrə verdiyi kassasiya şikayətinə baxaraq, əvvəlki qərarların dəyişdirilməsi üçün heç bir əsas tapmayıb və onu rədd edib. Beləliklə, diplomun ləğvinə dair inzibati məhkəmələrdəki şikayət prosesi başa çatıb. Qərarla bağlı rəsmi bildirişdən sonra sabiq bələdiyyə sədrinin ancaq Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ qalacaq.