150 yaşına qədər yaşamaq mümkündürmü?

Putin və Şi Cinpinin 150 yaşa qədər yaşamaq ideyəsi elmi dünyada maraq doğurdu. Çinli alimlər üzüm toxumundan əldə edilən yaşlanmaya qarşı preparatlar üzərində işləyir və uzun ömür laboratoriyası açılıb.

155

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin “150 yaşına qədər yaşamaq” ideyası, elmi dairələrdə maraq yaratdı. Çinli alimlər üzüm toxumundan əldə edilən yaşlanmaya qarşı preparatlar üzərində işlədiklərini açıqlayaraq, “150 yaşa qədər yaşamaq tamamilə realdır” iddiasını irəli sürüblər.

İki liderin Tiananmen Meydanında gəncləşmə terapiyaları və uzun ömür ehtimalları mövzusunda fikir mübadiləsi dünya mediasında geniş əks-səda doğurmuşdu. Putin və Sinin, orqan transplantasiyaları ilə “insan ömrünü 150 ilə uzatmaq” və hətta “ölümsüzlüyə çatmaq” arzusu, mövcud elmi imkanlar çərçivəsində hələ mümkün görünmürdü.

Bu dialoqun ardından Çinin Şenzen şəhərində “Lonvi Biosciences” adlı uzun ömür laboratoriyası açıldı. “New York Times” qəzetində yayımlanan xəbərdə, laboratoriyada heç kimin 150 il yaşamaq ideyasına təəccüblənmədiyi və “Çin, yaşlanmadan qaçmağı arzulayır” ifadəsi qeyd olunub.

Laboratoriya, biotexnologiya, süni intellekt və digər qabaqcıl texnologiyalar sahəsində Qərbi yaxalamağı və hətta ötüb keçməyi hədəfləyir. Uzun ömür tədqiqatlarına və kommersiyalaşdırmaya milyardlarla dollar sərmayə qoyulub.

“Lonvi Biosciences” şirkətinin texnologiya direktoru Lyu Qinghua bildirib ki, üzüm toxumundan əldə edilən procyanidin C1 (PCC1) tərkibli yaşlanmaya qarşı həblər, bir neçə il içində insan ömrünü 150 ilə qədər uzatmaq potensialına sahibdir. O, “Beş-on il içində heç kim xərçəngə tutulmayacaq” proqnozu verib.

Şirkətin CEO-su Yip Zico isə bu həblərin yalnız bir dərman olmadığını, əsas məqsədin uzun ömür olduğunu qeyd edib. Sağlam həyat tərzi və tibbi baxımla birləşdirildikdə bu məhsulların insanların 120 yaşına qədər yaşamasına kömək edə biləcəyini vurğulayıb. Yip həmçinin uzun ömür məhsullarının ev heyvanları üçün də inkişaf etdiriləcəyini bildirib.

Çinin uzun ömür sahəsinə marağı yeni deyil. İlk Çin imparatoru Tsin Şi Xuandi ölümsüzlük iksirini tapmaq üçün çalışmış və təxminən 49 yaşında civə zəhərlənməsindən vəfat etmişdi. Müasir dövrdə isə hökumət və özəl sektorun sərmayələri bu sahəni legitim tibbi araşdırma sahəsinə çevirmişdir.

“People’s Daily” qəzetinin məlumatına görə, Çində orta ömür son illərdə qlobal ortalamanı 5 il üstələyərək 79 ilə yüksəlib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031